Kamçatka sahillərində zəlzələ olub

Kamçatka sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 158 km şimal-şərqdə, ocağı isə 47 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib.

Bildirilib ki, zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31