Koronavirus iki ölkəni üz-üzə qoydu: Prezidentdən sərt sözlər
19 Aprel 2020 19:47 DünyaRusiyanın Belarusa göndərdiyi koronavirus testləri iki ölkə arasında gərginliyə yol açıb.
Belarus tərəfi test ləvazimatlarının yararsız olduğunu açıqlayıb. Prezident Aleksandr Lukaşenkonun sözlərinə görə, testlər tez-tez səhv nəticələr göstərir.
Rusiyadan gələn ləvazimatlar üçün "Cəhənnəm olsun" ifadəsini işlədən dövlət başçısı, deyib:
"Rus testlərindən imtina etdik. Səhv nəticələr göstərirlər. Çin məhsulundan istifadə etdik. Sadəcə 1 nəfərdə koronavirus aşkarlandı".
Qeyd edək ki, Rusiya yardım məqsədilə Belarusa 10 min test göndərmişdi.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31