Pasxa bayramı ilə əlaqədar polis qəbiristanlıqları nəzarətə götürdü
19 Aprel 2020 19:30 DünyaMəlum olduğu kimi Gürcüstanda xristian əhali Pasxa bayramını qeyd edir.
Mövcud koronavirus təhlükəsi ilə əlaqədar polis Tbilisi və bölgələrdə qəbiristanlıqlar önündə nəzarəti gücləndirib.
Hökumətin qərarı əsasında, 17 aprel tarixindən etibarən, 10 gün müddətində qəbiristanlıqlar ərazisində giriş qadağan edilib. Sadəcə dəfn işləri zamanı qəbrisitanlığın ərazisinə girişə icazə verilir.
Qeyd edək ki, Pasxa bayramı ərəfsində ölkənin xristian əhalisi yaxınlarının məzarlarını ziyarət etmək üçün qəbiristanlıqlara axın edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31