Əfqanıstanda torpaq sürüşməsi: ölənlər var
19 Aprel 2020 19:15 DünyaƏfqanıstanda torpaq sürüşməsi olub.
Hadisə Qor əyalətində, Tulak rayonunda, Xoca Simin kəndində qeydə alınıb. Vilayət qubernatoru idarəsinin mətbuat katibi Arif Abır bildirib ki, təbii hadisə zamanı 8 nəfər həlak olub. Ölənlər arasında uşaq da var.
Hadisə nəticəsində üç ev tamamilə dağılıb.
Qeyd edilir ki, torpaq sürüşməsi bir neçə gündür davam edən leysan yağışlar səbəbindən baş verib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31