Tramp: "ABŞ İrana süni tənəffüs aparatları göndərməyə hazırdır"

ABŞ koronavirusun yayılmasına qarşı mübarizə üzrə yardım formasında İrana süni tənəffüs aparatları göndərməyə hazırdır.

Bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Mən vəzifəmə başlayan zaman İran bütün Yaxın Şərqi nəzarətə götürməyə hazır idi. Hazırda isə onlar sağ qalmağı düşünürlər - onlarda hər həftə etirazlar keçirilir, koronavirusa görə böyük gərginlik var və mən bunun olmamasına üstünlük verərdim. Mən onlara kömək etməyi təklif etmişəm".

ABŞ prezidenti əlavə edib: "Əgər onlara süni tənəffüs aparatları lazım olarsa, mən onlara bu aparatları göndərərəm. Bizdə ehtiyyatda minlərlə süni tənəffüs aparatı var".

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31