Putindən koronavirusla bağlı açıqlama
19 Aprel 2020 14:13 DünyaRusiyada koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib
"Hakimiyyətin bütün qolları koronavirusla bağı vəziyyətdə ritmik, təşkilatı və məsuliyyətli çalışır. Bütün cəmiyyətimiz ümumi təhlükəsizlik qarşısında birləşir" ,- deyə Putin Rusiya pravoslavlarını Pasxa bayramı ilə bağlı təbrikində vurğulayıb.
Rusiya prezidenti ölkəsinin bu sınaqdan layiqincə keçəcəyini də söyləyib: "Bunun üçün resurslarımız və ehtiyatlarımız var. Biz bunlardan istifadə edirik. Bununla yanaşı digər dövlətlərin koronavirusla mübarizədə təcrübələrini analiz edirik". /APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31