Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb
19 Aprel 2020 14:08 DünyaÇində ötən sutka ərzində yeni növ koronavirusa 16 yoluxma halı qeydə alınıb.
Bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.
Bildirilir ki, yoluxma hallarından 9-u xarici ölkələrdən qayıdan vətəndaşlarda, 7-si isə ölkə daxilində qeydə alınıb.
Qeyd edilir ki, son sutka ərzində koronavirusdan ölən olmayıb.
Xatırladaq ki, Çində yeni növ koronavirusa ümumilikdə 82 735 yoluxma halı və 4 632 ölüm halı qeydə alınıb. Hazırda xəstəxanalarda 1 041 nəfər müalicə alır, 85 nəfərin vəziyyəti ağırdır.
Bundan əlavə, 77 mindən artıq şəxs sağalıb və evə buraxılıb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31