Ermənistanda koronavirusa yoluxanların sayı 1291-ə çatıb

Ermənistanda koronavirusa yoluxanlarla bağlı bu gün rəsmi məlumat elan edilib.

APA armeniasputnik.am-a istinadən bildirir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 1291-ə çatıb.

Bu gün ölkədə gündə 43 yeni yoluxma hadisəsi aşkar edilib.

Son məlumatlara görə, ölkədə COVID-19-ub qurbanlarının sayı 20 nəfərdir.

Qeyd edək ki, hazırda Ermənistanda bu infeksiyadan müalicə olunanların sayı 726 nəfərdir, cəmi 12 min 680 nəfər test edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31