Türkiyədə zəlzələ olub

Türkiyənin Kayseri şəhərində 3.5 bal gücündə zəlzələ baş verib.

Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin (AFAD) yaydığı məlumata görə, episentri Kayseri şəhərində olan yeraltı təkanların ocağı yerin 7.2 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31