Sudanda Baş Nazirin istefası tələb olundu

Sudanın paytaxtı Xartum şəhərində Müdafiə Nazirliyi və Ordunun Baş Qərargah idarəsi qarşısında etiraz aksiyası keçirilib. Aksiyada qiymətlərin baha olması qınanılıb və hökumət əleyhinə şüarlar səsləndirilib. Nümayişçilər həm də Baş Nazir Abdullah Hamduqun istefa verməsini tələb edən şüarlar səsləndiriblər. Polisin aksiyaya müdaxilə etdiyi və aksiyanın insidentsiz yekunlaşdığı verilən məlumatlar arasındadır. 

Eastnews.org 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31