İtalyanlar pandemiyaya baxmayaraq, çimərliyə getməyin yolunu tapdılar

İtaliyanın Turizm Nazirliyi ölkədə koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, bu il vətəndaşların məzuniyyətləri zamanı dənizə gedə biləcəyinə ümid edir. 

Məmurlar çimərlik mövsümünün başlamasına avral tempdə hazırlaşırlar.

Nəşr bildirir ki, insanların ictimai yerlərdə, xüsusilə çimərlik, kafe və restoranlarda sosial məsafəni saxlaya biləcəyi layihə üzərində iş gedir.

İstirahət edənlərə üzvi şüşədən və alümindən hazırlanmış, içərisində bir cüt şezlonq və günəşdən qoruyan çətir olan  xüsusi "bokslarda" təcrid olunmaq təklif ediləcək. Onların istehsalı Modenada yerləşən şirkətə etibar edilə bilər.

Təşəbbüs yerli sakinlər üçün  nəzərdə tutulub və Roma hələ bir müddət Aralıq və ya Adriatik dənizlərində istirahət etmək istəyən xarici turistlər üçün sərhədləri açmayacaq.

Şirkət, həmçinin restoranda qonaqları təcrid edən kabinələrin layihəsini də hazırlayıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31