Peyvəndlə bağlı xoş xəbər: sınaq uğurlu oldu

Amerikalı alimlər COVİD-19-a qarşı "Remdesivir" dərmanını meymunlar üzərində sınaqdan keçirib.

Alimlər sınağın uğurla nəticələndiyini açıqlayıb. Belə ki, COVİD-19 xəstəliyinə səbəb olan SARS-CoV-2-ni 12 meymuna yoluxdurublar. Sınaq üçün meymunların yarısına dərman verilib.

On iki saatdan sonra virus heyvanların ağciyərinə tam təsir göstərməmiş 6 meymuna damar yolu ilə dərman vurulub. Dərman qəbul edən meymunlar 12 saatdan sonra sağalmağa başlayıb.

Dərman verilməyən meymunların isə çətinliklə nəfəs aldığı məlum olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31