Türkiyənin 31 şəhərinə giriş-çıxış yenidən qadağan edildi
19 Aprel 2020 09:51 DünyaTürkiyənin 30 vilayətinə və Zonquldak şəhərinə giriş-çıxış qadağası daha 15 gün uzadılıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yeni qərarında məlumat verilib.
Ötən gecədən etibarən yenidən Ankara, Adana, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldaka quru, hava və dəniz yolu ilə giriş-çıxış qadağan olunur.
Qadağaya əməl etməyənlər hüquqi müstəvidə cəzalandırılacaqlar.
publikia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31