Braziliyada 36 mindən çox insan koronavirusa yoluxub
19 Aprel 2020 08:30 DünyaBraziliyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 36 mini keçib.
APA xəbər verir bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutka ərzində 2917 nəfərdə COVID-19-a yoluxma halı qeydə alınıb, bununla da virusa yoluxanların ümumi sayı 36 599-a çatıb. Son məlumatlara görə, ümumilikdə 2347 nəfər koronavirusdan ölüb.
Ən çox yoluxma halları San-Paulo ştatında qeydə alınıb - 13 894 nəfər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31