Tanınmış iş adamının ardınca həyat yoldaşı da koronavirusdan öldü

Türkiyənin tanınmış iş adamı Besalet Küçükərin həyat yoldaşı Nezahat Küçükər də koronovirusdan vəfat edib.

80 yaşlı qadının həm də ürək çatışmazlığı olub. Həyat yoldaşı Dənizlidə iş adamı olaraq tanınan 82 yaşlı Besalet Küçükər isə 4 gün öncə virus səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, Küçükər ailəsinin kürəkəni, tanınmış iş adamı Taştan Kardaşlar da iki həftə öncə eyni səbəbdən ölüb.

yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31