Zurabişvili kritik qərarı imzaladı: “Çox narahatam”

Gürcüstan Prezidenti Salome Zurabişvili fövqəladə vəziyyət rejiminin uzadılması barədə sərəncam imzalayıb.

Prezidentin qərarı ilə fövqəladə vəziyyət rejimi mayın 10-dək uzadılıb.

"İnanın, fövqəladə bir vəziyyətə görə Pasxa bayramını qeyd edə bilməyəcəyimizə görə sizlərdən az narahat deyiləm", - dövlət başçısı qeyd edib.

Zurabişvili infeksiyanın yayılmasının pik həddinin qaçılmaz olduğunu vurğulayıb.

Aprelin 18-nə olan məlumata görə, Gürcüstanda COVID-19 olan xəstələrin ümumi sayı 385-ə çatıb, onlardan 84-ü sağalıb, 3 xəstə ölüb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31