Nigeriyada prezident administrasiyasının rəhbəri COVID-19-dan öldü

Nigeriyada prezident administrasiyasının rəhbəri Mallam Abba Kiari koronavirusdan dünyasını dəyişib.

Bu barədə prezidentin mətbuat katibi Qarba Şehu "Twitter" hesabında yazıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Təəssüf hissi ilə bildiririk ki, prezident administrasiyasının rəhbəri Mallam Abba Kiari dünyasını dəyişib. Onun COVID-19-la bağlı testi müsbət nəticə vermişdi. Bununla bağlı Kiari müalicə alırdı", - deyə Şehu yazıb.

Respublikanın Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) son məlumatlarına əsasən, ölkədə 493 nəfər koronavirusa yoluxub, 17 nəfər dünyasını dəyişib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31