Koronavirusa yoluxan Səudiyyə şahzadələrinin sayı getdikcə artır, iki otel icarəyə götürüldü
Koronavirusa yoluxan Səudiyyə şahzadələrinin sayı getdikcə artır, iki otel icarəyə götürüldü
18 Aprel 2020 13:52 DünyaSəudiyyə Ərəbistanında kral ailəsinə dair məlumatlar paylaşan "Muctahid" adlı "Twittter" istifadəçisi, koronavirusa yoluxan Səudiyyə şahzadələrinin sayının "New York Times" qəzetinin açıqladığından qat-qat çox olduğunu söyləyib. Muctahid öz "Twitter" səhifəsində bildirib ki, koronavirusa yoluxmuş Səudiyyə şahzadələrinin həqiqi sayı elan edilmiş saydan çoxdur: "Şahzadələr üçün ayrılmış Ciddə şəhərinin ixtisaslaşdırılmış xəstəxanası artıq xəstə qəbul etmək imkanına malik deyildir. Buna görə şahzadələrin müalicəsi və yaşayış yerləri üçün iki otel icarəyə götürülüb". "New York Times" qəzeti bu yaxınlarda Səud kral ailəsinin 150-yə yaxın üzvünün koronavirusa yoluxduğunu bildirib. Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanı kralı Salmanın qardaşı oğlu şahzadə Feysəl ibn Bəndər ibn Əbdüləziz Səud hazırda reanimasiyadadır.
Eastnews.org