Ankarada üçmərtəbəli özəl bir qocalar evində güclü yanğın baş verib
Ankarada üçmərtəbəli özəl bir qocalar evində güclü yanğın baş verib
18 Aprel 2020 13:28 DünyaAnkaranın Çankaya rayonunda yerləşən 3 mərtəbəli özəl bir qocalar evində güclü yanğın baş verib.
Burada yaşayan 41 qoca təxliyə olunub.
Ailə, Əmək və Sosial Müdafiə Nazirliyi (AƏSMN) ahıllardan altısını özü istəkləri ilə ailələrinə təhvil verib, 10 nəfər xroniki xəstəliyi olan şəxs xəstəxanalara, digər 25 nəfər isə AƏSMN-ə bağlı olan mərkəzlərdən birinə yerləşdirilib.
Yanğında tələfat və yaralı olmayıb.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31