Nobel mükafatı laureatı bütün gizlinləri açdı - SARS-CoV-2 laboratoriya istehsalıdır
Nobel mükafatı laureatı bütün gizlinləri açdı - SARS-CoV-2 laboratoriya istehsalıdır
18 Aprel 2020 13:25 DünyaFransada Nobel mükafatlı viroloq professor Luc Montagnier, Covid-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusunda QİÇS-ə yol açan virusun fraqmentlərinin olduğunu iddia edib. Virusun yalnız bu səbəbdən laboratoriyada istehsal edilə biləcəyini düşünən Montagnierin açıqlamaları mübahisələrə səbəb olub.
Fransa mətbuatına danışan Montagnier, SARS-CoV-2 virusunun genlərində (HNV) HİV RNT-nin parçaları olduğunu söyləyib. 2008-ci ildə Tibb üzrə Nobel Mükafatını alan tədqiqatçı, "Araşdırmalarımızda bu virusun dəyişdirildiyi qənaətinə gəldik. Yarasadan gələn klassik bir virus modeli var. Bu modelə VIH bölmələri əlavə edilib" deyə bildirib.
Bu dəyişikliyin kim tərəfindən edildiyini bilmədiyini, ancaq Vuhandakı laboratoriyada istehsal edilə biləcəyini söyləyən Montagnier, məqsədin "bəlkə də yeni virusu QİÇS əleyhinə peyvənd araşdırmalarında istifadə etmək" olduğunu deyib.
Yeni növ koronavirusun Laboratoriyada istehsal olunduğu iddiası şübhəlidir
Koronavirusun laboratoriyada istehsal olunduğu iddiaları bəzi nəzəriyyəçilər tərəfindən dəfələrlə qeyd edilib. Mübahisəli nəzəriyyələri ilə tanınan Montagnierin açıqlamaları elm dünyasında şübhə ilə qarşılanıb.
Əvvəlki çoxsaylı tədqiqatlar SARS-CoV-2-nin təbii olaraq insanlara ötürüldüyünü göstərir. Dünyadakı elm adamlarının böyük əksəriyyəti yeni növ koronavirusun laboratoriya istehsalı olmadığı ilə razılaşır.
sia.az