Vəhşi heyvanlar aclıqdan şəhərə üz tutdu -FOTO
18 Aprel 2020 13:18 DünyaTürkiyənin Artvin şəhərində maraqlı hadisə qeydə alınıb.
Qış yuxusundan oyanan ayı və iki balası, ac qalan canavarlar yemək tapmaq üçün şəhərə doğru hərəkət ediblər. Meşədə yemək tapa bilmədikləri zaman yaşayış məntəqələrinə gələn ayılar və canavarlar insanlarda vahimə yaradıb.
Canavarları görən vətəndaşlar mobil telefonlar ilə vəhşi heyvanların görüntülərini çəkib və sosial mediada paylaşıblar.
Digər tərəfdən, şəhərin mərkəzindəki Türk Telekom parkına girən ayı və iki balasını görən təhlükəsizlik işçisi Cəmil Aydın, vəziyyəti polisə və Təbiəti Qoruma Milli Parklar Şöbə qruplarına bildirsə də bir müddət sonra ayı və balaları parkdan yoxa çıxaraq məhəllələrə daxil olub.


sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31