Konqoda sel fəlakəti: 24 nəfər ölü

Konqo Demokratik Respublikasının (KDC) şərqindəki leysan yağışları nəticəsində meydana gələn sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 24 nəfərə çatdığı açıqlanıb.

Cənubi Kivu vilayətinin qubernatoru Theo Ngvabidje, mətbuata açıqlamasında Uvira əyalətində həddindən artıq yağışın səbəb olduğu sel nəticəsində ölənlərin sayının 24-ə çatdığını bildirib.

Şəhərdə 3500 evin yıxıldığını bildirən Ngvabidje, iki həftədir Uvirada yağış yağdığını və cümə axşamı ilə cümə arasındakı gecə daha da pisləşdiyini qeyd edib.

unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31