Küçəyə çıxma qadağasına riayət etməyən 12 nəfər öldürüldü

Küçəyə çıxma qadağasına riayət etməyən 12 nəfər öldürüldü

Yeni növ koronavirus "COVID-19" pandemiyası səbəbindən küçəyə çıxma qadağası elan edilən Keniyada polis bu qadağaya riayət etməyən 12 nəfəri öldürüb. Bu barədə Polis Müşahidə Qurumu tərəfindən açıqlama verilib. Açıqlamada 35 nəfərin küçəyə çıxma qadağasına riayət etmıdiyi, onlardan 12-nin öldürüldüyü bildirilib. Hökumət isə məsələyə dair açıqlama verməyib. Qeyd edək ki, Keniyada "COVID-19"a 234 nəfər yoluxub, 11 nəfər virusa görə ölüb. 

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31