İŞİD liderlərindən daha biri öldürüldü
18 Aprel 2020 11:02 DünyaİŞİD-in hərbi məmuru olduğu iddia edilən Evi Hafsa adlı terrorçu Bağdadın şimalında ölü ələ keçirilib.
Bu barədə İraq ordusuna bağlı Bağdad əməliyyatlarının rəhbərliyindən açıqlama verilib.
Bildirək ki, İŞİD terrorçuları 2014-cü ilin iyun ayında Mosul, Səlahəddin və Ənbər vilayətlərini, həmçinin Kərkük vilayətinin isə bir qismini ələ keçirib. Daha sonra sözügedən bölgələr əməliyyatlar nəticəsində terrorçulardan geri alınıb.
İraqın keçmiş baş naziri Heydər əl-İbadi 2017-ci il dekabrın 9-da İŞİD-ə qarşı qələbə qazandıqlarını açıqlayıb. Lakin terrorçuların bölgədən çıxarılmasından üç il keçməsinə baxmayaraq, onlar məhz həmin ərazilərə hücumlara davam edirlər.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31