Rusiyada yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
18 Aprel 2020 10:55 DünyaRusiyanın Xakasiya Respublikasının başçısının müavini Sergey Novikov həbs olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu iki milyon rubl (46 400 manat) məbləğində rüşvət alarkən saxlayıb.
Məlumat görə, məmur Xakasiya Respublikasında fəaliyyət göstərən tikinti şirkətinin nümayəndəsindən pul alarkən tutulub.
Onun barəsində Rusiya İstintaq Komitəsində cinayət işinə başlanıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31