Çində iri müəssisələr fəaliyyətini bərpa etdi — Dövlət zərərləri ödəyəcəyini açıqladı
18 Aprel 2020 10:53 DünyaÇində bütün iri müəssisələrin fəaliyyəti bərpa edilib.
Bu barədə Çinin Dövlət Statistika İdarəsinin nümayəndəsi Mao Şenyun məlumat verib.
M.Şenyun bildirib ki, iri şirkətlər işlərini 100% bərpa ediblər. Kiçik və orta kommersiya təşkilatlarında da vəziyyət gözləniləndən yaxşıdır.
Dövlət rəsmisi həmçinin iş adamlarına müraciət edib: "Hökumət vergiləri və müxtəlif dövlət yığımlarını azaltmaq, biznesə əlavə maliyyə dəstəyi göstərmək və istehsalın bərpası üçün müəssisələrə yardım etmək üzərində iş aparır".
sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31