BMT-nin baş katibi koronavirus peyvəndinin qlobal ictimai mülk kimi tanınmasına çağırır
BMT-nin baş katibi koronavirus peyvəndinin qlobal ictimai mülk kimi tanınmasına çağırır
18 Aprel 2020 10:32 DünyaBMT baş katibi Antonio Quterreş, koronavirus peyvəndinin qlobal ictimai mülk kimi qəbul edilməsinə çağırır.
Bu barədə öz "Twitter" səhifəsində baş katib yazıb.
A.Quterreş bildirib: "Hər yerdə və hər kəs üçün əlçatanlığı vacib olan COVID-19 peyvəndi hazırlamaq üçün qlobal bir koalisiyaya ehtiyacımız var".
BMT baş katibi vurğulayıb ki, o, qlobal bir ictimai mülk kimi qəbul edilməlidir.
Qeyd edək ki, pandemiyanın başlanmasından bəri 2,2 milyondan çox insan koronavirusa yoluxub, 150 mindən çox insan ölüb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31