Livan ordusu Tripolidə nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib

Livan ordusu Tripolidə nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib

Livan ordusunun patrulları ilə etirazçılar arasında toqquşma Beyrutdan 90 km şimalda Tripolidə baş verib.

Bu barədə Lubnan 24 xəbər portalı bildirib.

Məlumata əsasən, hərbi qulluqçular onlara daş atan etirazçılara qarşı gözyaşardıcı qaz istifadə ediblər.

Qeyd edək ki, komendant saatı qüvvəyə mindikdən sonra yüzlərlə insan Livanın şimal paytaxtının mərkəzindəki Nur meydanına daxil olub. Bildirilib ki, yalnız az sayda etirazçıların üzündə qoruyucu maskalar olub.

Nümayişçilər hökumətdən qiymət artımını və milli valyutanın düşməsini dayandırmağı tələb ediblər.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31