Rusiyada təyyarə qəzası BAŞ VERDİ - Ölənlər var

Rusiyanın Xabarovsk şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Olaylar.az  xəbər verir ki, hadisə zamanı göyərtədə 3 nəfər olub və onların hamısı həyatını itirib. Yerli mənbələrin məlumatına görə, təlim uçuşu üçün havaya qalxan layner, bir neçə dəqiqə sonra yerə çırpılıb.

Hadisənin səbəbləri araşdırılır.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31