Sosial media fenomenindən ACI XƏBƏR
17 Aprel 2020 22:58 Dünyaİranda "Zombi xanım" ləqəbi ilə tanınan Fatemah Kisvand təcridxanada koronavirusa yoluxub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən İnsan Hüquqları Mərkəzindən açıqlama verilib. Bildirilib ki, həbsxanadan məlumat təkzib edilsə də, onlarda 22 yaşlı xanımın və onunla eyni təcridxanada olan çox sayda məhbusun koronavirusa yoluxduğuna dair məlumatlar var. Xəstələrin azad edilməsi üçün çağırış edilib.
Qeyd edək ki, Fatemah sosial mediada Ancelina Coliya bənzədiyi fotoları paylaşmaqla tanınıb. Bəziləri onun əməliyyat edərək görünüşünü dəyişdiyini bəziləri isə fotoların fotoşop olduğunu bildirir. Gənc, şiddəti və zinayı təbliğ etməkdə ittiham olunaraq həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31