Qadın güləşçinin müsəlmanlara qarşı paylaşımı gündəm oldu - Hindistanda

Hindistanın məşhur qadın güləşçisi Babita Phogat Hindistandakı müsəlmanları yeni növ koronavirusdan (COVID-19) daha böyük problem yaratmaqda günahlandırıb.

Phogat bu barədə "Twitter"də paylaşım edib.

Qadın güləşçinin bu paylaşımı "Twitter" gündəm yaradıb. Daha sonra anti-müsəlmanlarla bağlı bir çox paylaşımı ilə diqqət çəkən, güləşçinin hesabı bağlanıb.

Sosial şəbəkədə müsəlman əleyhinə cərəyanların gətirildiyi Hindistanda bir çox məşhurlarda bununla bağlı paylaşımlar ediblər.

Qadın güləşçinin müsəlmanlara qarşı paylaşımı gündəm oldu - Hindistanda

unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31