Belarusda məktəblər açılır
17 Aprel 2020 20:53 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko gələn həftə məktəblərdə tədris prosesinin bərpa edilməsinin vacibliyini bəyan edib.
Lukaşenko deyib ki, prosesi diqqətlə izləmək və oxumağa başlamaq lazımdır: "Pasxadan sonra həftənin sonuna qədər uşaqları yavaş-yavaş tədris prosesinə cəlb etməliyik".
Qeyd edək ki, Belarusda məktəblilərin yaz tətili koronavirusun yayılmasına görə aprelin 18-dək uzadılıb.
virtulaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31