Terim koronavirusun dəhşətlərindən danışdı: "Şanslı idim və..."

Koronavirusdan sağalan Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim İtaliya mətbuatına müsahibə verib.

Fatih Terim koronavirusa qalib gəlməsindən danışıb:

"Koronavirusa görə dünya çox çətin vəziyyətdən keçir. Hazırda səhhətim yaxşıdır, xəstəlik baxımından şansım vardı.

Virusun simptomları ortaya çıxmazdan əvvə analiz verdim və dərhal müalicəyə başladım. İndi evdəyəm, istirahət edirəm. Qorxu sözü yaşadıqlarımı və hiss etdiklərimi izah etmək üçün yetərli deyil. Sağ qalan italyan dostlarım məni çox yaxşı başa düşürlər".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31