Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin artdı - 1769 ölü

Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 126 nəfər artaraq, 1769-a çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Son 1 gün ərzində 4533 nəfər virusa yoluxub. Bununla da, virusa yoluxanların sayı 79 mini ötüb. Ümumilikdə 8631 nəfər sağalıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31