Bu ölkədə koronadan 40 min insan ölə bilər – Şok iddia
Bu ölkədə koronadan 40 min insan ölə bilər – Şok iddia
17 Aprel 2020 16:27 DünyaBöyük Britaniyada yeni tip koronavirusdan 40 min insan ölə bilər.
Bunu Böyük Britaniyada mütəxəssis həkim kimi tanınan Antoni Kastello deyib.
O iddia edib ki, hökumət izolyasiya tədbirləri ilə bağlı gec qərar qəbul edib:
"Baş nazir Boris Conson ilk əvvəl digər Avropa liderləri kimi sərt tədbirlərin tətbiq edilməsi barədə qərar vermədi. Ancaq araşdırmalar zamanı ölkədə yarım milyon insanın öləcəyi ilə bağlı xəbərdarlıq edildi. Bundan sonra sərhədlərin bağlanması barədə göstəriş verdi".
Mütəxəssis bildirib ki, hökumətin pandemiyanın yayılmasına gec cavab verməsi 40 min insanın ölümünə səbəb ola bilər.
Qeyd edək ki, koronavirusdan ümumilikdə 13 min 759 nəfər ölüb, 104 min 148 nəfərdə isə virusun simptomları aşkarlanıb.
axar.az