"Trampa bunu etməyə izn verilməyəcək" - Onişenko

ABŞ-ın xüsusi xidmət orqanları və sağlam düşüncəli tibb işçiləri Prezident Donald Trampa ölkəni Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmağa izn verməyəcək.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Gennadi Onişenko deyib.

"Əlbəttə ilk növbədə bu maliyyələşməni dayandırmağa ABŞ xüsusi xidmət orqanları izn verməyəcək. Ona görə ki, bu təşkilat vasitəsilə onlar ölkələrin siyasi sistemlərinə təsir edirlər. İkincisi, sağlam düşüncəli tibb işçiləri buna izn verməyəcəklər. ÜST BMT-dən sonra yaranıb. Bu təşkilat üçüncü dünya ölkələrində problemləri həll edir. ÜST vasitəsilə SSRİ çoxlu qlobal hədəflərini həll edirdi. Bu təşkilat ilk növbədə xüsusi xidmət orqanları və transmilli şirkətlərin əlində silaha çevrilib" - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31