Liviyada BƏƏ-yə məxsus PUA vuruldu
Liviyada BƏƏ-yə məxsus PUA vuruldu
17 Aprel 2020 14:37 DünyaLiviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələr Ayn Zara bölgəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus pilotsuz uçan aparatı (PAU) vurub.
Olaylar.az xəbər verir ki, bunu Ayn Zara bölgəsinin komandiri Yusif əl-Emin deyib.
Digər tərəfdən, hakimiyyətə bağlı "Qəzab vulkanı" əməliyyat qərargahının sözçüsü Mustafa əl-Məcii açıqlamasında hökumət qüvvələrinin paytaxt Tripolinin cənubunda irəlilədiyini bildirib.
O qeyd edib ki, hökumət qüvvələri geri aldığı ərazilərdə möhkəmlənib:
"Qiyamçı Xəlifə Haftara bağlı silahlı qüvvələr əvvəllər bu bölgələrdən istifadə etməklə mülki əhalinin həyatına təhlükə yaradıb".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31