Dünya koronavirusla mübarizə apararkən Rusiyadan GÖZLƏNİLMƏZ HƏMLƏ
17 Aprel 2020 13:32 DünyaRusiyanın "Rostec" dövlət müdafiə sənayesi şirkətinin nəzdindəki Birləşmiş Aviasiya Şirkəti (OAK) yeni yüngül taktiki döyüş təyyarəsi istehsal etmək üçün araşdırmalara başlayıb.
Publika.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən "Sputnik"ə məlumat daxil olub.
Bildirilib ki, mühəndislik mərkəzləri yeni təyyarə layihəsi üzərində davamlı şəkildə işlər görür. Axtarış və kontekst araşdırmaları aparılır.
Qeyd edək ki, hazırda Rusiyada 5-ci nəsil qırıcı "Su-57"nin testləri keçirilir. Bu qırıcı düşmənin hava hücumundan müdafiə sistemlərinin istifadə edildiyi hava, quru, dəniz hədəflərini və hava idarəetməsi mərkəzlərini məhv etmək qabiliyyətinə malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31