Rusiyada Parad keçirilməyəcək — Putindən QƏRAR
17 Aprel 2020 13:24 DünyaRusiyada Qələbə Paradı 9 mayda keçirilməyəcək.
Olaylar.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.
"Mayın 9-da Moskva şəhərində Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə keçirilməsi planlaşdırılan parad təxirə salınıb. Çünki xəstəliyin yayılması riski parada hazırlıqların görülməsinə imkan vermir. Bütün təntənəli mərasimlər, o cümlədən parad da 2020-ci ildən gec olmayaraq baş tutacaq", - Prezident qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31