Lukaşenkodan şok: “Bəşər Əsədlə münasibətimiz...”
17 Aprel 2020 12:50 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko Suriya lideri Bəşər Əsədin şəxsi dəstəyi ilə Minsk və Dəməşq arasındakı əlaqələrin səmərəli inkişafına ümid etdiyini söyləyib.
Olaylar.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Lukaşenko Belarus xalqı və özü adından Əsəd və Suriya vətəndaşlarını milli bayramı münasibətilə təbrik edib.
"Əminəm ki, Suriya xalqı bütün çətinliklərin öhdəsindən gəlmək, sabit və güclü bir dövlət qurmaq üçün güc tapacaq. Şəxsi dəstəyinizlə ölkələrimiz arasında dostluq münasibətlərinin daha da səmərəli inkişafını gözləyirəm", - Belarus prezidenti deyib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31