Qazaxıstan MiQ-31-lərin uçuşlarını dayandırdı
Qazaxıstan MiQ-31-lərin uçuşlarını dayandırdı
17 Aprel 2020 12:40 DünyaQazaxıstan MiQ-31 təyyarələrinin uçuşlarını dayandırıb.
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Nurlan Ormanbetov deyib. O, MiQ-31-lərin uçuşuna Karaqanda yaxınlığında MiQ-31-in qəzaya düşmə səbəbi aydınlaşdırılana qədər imkan verilməyəcəyini deyib.
Ormanbetov bununla bağlı xüsusi komissiyanın işlədiyini bildirib.
Qeyd edək ki, Qazaxıstan ordusuna məxsus MiQ-31 qırıcısı ötən gün Karaqanda aerodromu yaxınlığında qəzaya düşüb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31