Daha bir ölkə qoruyucu maskaları pulsuz paylamağa başladı
Daha bir ölkə qoruyucu maskaları pulsuz paylamağa başladı
17 Aprel 2020 12:04 DünyaYaponiya hökumətinin vətəndaşlara yardım proqramı çərçivəsində, Tokionun poçt şöbələrində qoruyucu maskalar pulsuz olaraq paylanır.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, hər bir ailəyə iki çox istifadəli maska paylanacaq. Ümumilikdə may ayının sonuna qədər 50 milyon ailənin təmin edilməsi planlaşdırılır.
Qeyd edək ki, tənqidçilər çox istifadəli maskaların effektivliyinə şübhə edirlər və bu proqramı pul israfı adlandırırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31