Yaponiyanın Naha şəhər aeroportunda partlamamış mərmi aşkar ediblər
Yaponiyanın Naha şəhər aeroportunda partlamamış mərmi aşkar ediblər
17 Aprel 2020 10:05 DünyaYaponiyanın cənubunda yerləşən Naha şəhər aeroportunun əməkdaşları təmir işləri zamanı uçuş-enmə zolağının yaxınlığında partlamamış mərmi aşkar ediblər.
Mərminin aşkar edilməsi nəticəsində aeroportda uçuşların cədvəli dəyişdirilib.
Mərminin uzunluğunun 120 santimetr, diametrinin isə 35 santimetr olduğu bildirilir. Hadisə ilə əlaqədar Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi aeroportdakı iki uçuş-enmə zolağından birini bağlayıb.
Eyni zamanda, aeroportun ərazisində ABŞ hərbi-hava qüvvələrinin bazasının yerləşdiyi bildirilir.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31