Səudiyyə koronaya görə təşkilatlara yarım milyard ayırdı
17 Aprel 2020 09:58 DünyaSəudiyyə Ərəbistanı koronavirusa qarşı mübarizə üçün bir sıra təşkilatlara 500 milyon dollar ayıracaq.
Bu məlumat G20-nin rəsmi saytında yerləşdirilib.
Ər-Riyadın ayıracağı vəsaitin İmmunlaşdırma və Peyvənd üzrə Qlobal Alyans, Epidemiyalara Hazırlıq Koalisiyası və digər tibbi təşkilatlara veriləcəyi vurğulanıb. Krallıq bütün dövlətləri, QHT-ləri koronavirusa qarşı mübarizəyə qoşulmağa səsləyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31