Rusiyada qorxunc durum - Hətta Altayda da...
17 Aprel 2020 07:26 DünyaKoronavirusa yoluxma hadisəsi Rusiya Federasiyasının Altay Respublikasında da qeydə alındı. Bu, infeksiyanın olmadığı son region idi.
Teleqraf.com xəbər verir ki, Altay Respublikası hökumətinin məlumatında koronavirusa Onquday rayonunda bir qadının yoluxduğu bildirilib.
Onun əlaqədə olduğu şəxslərin üzə çıxarılaraq müayinə edilməsi istiqamətində iş aparılır.
Altay Respublikasının əhalisi təqribən 218 min nəfərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31