Karantin qaydalarını yumşaldan İsraildə koronavirusa yoluxma sayı 12 mini ötdü
16 Aprel 2020 13:37 Dünyaİsraildə son sutkada 391 nəfər COVID-19-a yoluxub, daha 14 nəfər ölüb.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da yoluxanların sayı 12 591-ə çatıb. İsraildə koronavirusdan 140 nəfər ölüb.
Qeyd edək ki, İsraildə aprelin 16-dan yaşayış yerini tərk etməməklə bağlı ümumi qadağa ləğv edilib. Məhdudiyyətlə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub.
Aprelin 19-da ümumi karantinlə bağlı yeni qaydaların elan ediləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31