Rusiya Elmlər Akademiyası COVID-19 haqqında onlayn layihə istifadəyə verib

Rusiya Elmlər Akademiyasının (REA) professorları tərəfindən COVID-19 xəstəliyi haqqında onlayn layihə istifadəyə verilib. Əsas məqsəd koronavirus infeksiyası ətrafında yayılan miflərin kənarlaşdırılması, xəstəlik haqqında etibarlı və təsdiqlənmiş məlumatların, o cümlədən epidemiologiya üzrə diaqnostika, profilaktika, müalicə üsullarının təqdim edilməsi, qeyri-peşəkar, yoxlanılmamış və zidd informasiya axınını nəzərə alaraq təşkilati tədbirlərin görülməsidir. Ekspertlərin videomühazirə formatında çıxışları REA-nın veb-saytında yerləşdiriləcək. Həftədə dörd videoçarxın yayımlanması planlaşdırılır. Hazırda veb-saytda üç videomaterial yerləşdirilib.

Materiallar tibb və biologiya elmləri sahəsində fəaliyyət göstərən alimlər, bütün ixtisaslar üzrə həkimlər, eləcə də bu problemlə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31