Daha bir ölkədə koronavirusdan ilk ölüm yaşandı

Qvineya Respublikasında koronavirusdan ilk ölüm qeydə alınıb.Publika.az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.Bildirilib ki, paytaxt Konakridə yaşayan 75 yaşlı Livan vətəndaşı infeksiya səbəbilə dünyasını dəyişib.Qvineyada son sutka ərzində 44 yeni yoluxma faktının aşkarlanması ilə xəstə sayı 363 olub. Onlardan 31-i sağalıb.Ölkə miqyasında açıq məkanda maska taxmaq məcburidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31