Azərbaycanlı iş adamı koronavirusdan öldü
15 Aprel 2020 09:39 DünyaRusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı koronavirus səbəbindən vəfat edib.
Publika.az xəbər verir ki, Moskvada yaşayan Vasif adlı iş adamının yaxınları onun fotosunu paylaşaraq başsağlığı veriblər. Bildirilib ki, təxminən 10 gün əvvəl Vasifdə koronavirus aşkar edilib. Tibbi müdaxilələrə baxmayaraq o vəfat edib.
Vəfat edən şəxsin cənazəsinin həftənin şənbə günü ölkəyə gətiriləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31