Kanadada koronavirusa yoluxanların sayı 27 mini ötüb
15 Aprel 2020 08:54 DünyaSon 24 saat ərzində Kanadada yeni koronavirusa yoluxanların sayı 1338 nəfər artaraq 27063 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Bildirilib ki, hal-hazırda ölkədə 454,9 min insan koronavirusa yoluxma ilə bağlı müayinədən keçib. Ən çox yoluxma halları Kvebek (14248), Ontario (7953) və Alberta (1870) vilayətində aşkar edilib.
Qeyd edək ki, Kanadada koronavirusa yoluxmanın ilk halı 15 yanvarda qeydə alınıb, bu günə qədər 903 xəstə ölüb, 8,2 mindən çox insan sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31